Ziya Məmmədovu bu nazir əvəzlədi

  • By admin
  • 25 Sentyabr 2017 18:40

ziyaheydar

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində “Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri” sözləri “Heydər Əsədov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri” sözləri ilə əvəz edilir.

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Bolqarıstan tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Gununsesi.info