Bu nazirlik boksçuları klubdan qovdu - QALMAQAL

  • By admin
  • 15 Sentyabr 2017 13:02
59bb96427f5cf_1495179446_boks-eldiven
“Rabitə” Boks İdman Klubunda olimpiya mükafatçıları, Avropa və dünya çempionlarına qarşı hörmətsizlik edilib.
Gununsesi.info unikal.org-a istinadən məlumat verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi boksçuları klubdan çıxarıb. Bir aya yaxındır ki, idmançılar nazirliyin göstərişi ilə kluba yaxın dura bilmir.
Qeyd edək ki, klub Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bağlıdır. Adıçəkilən klubda Teymur Məmmədov, Fuad Aslanov (olimpiya mukafatçıları), Ruslan Rüstəmov (Yeniyetmə və Gənclər arasında Avropa çempionu), Bəxtiyar Qazibekov (yeniyetmələr arasında Avropa çempionu) və Məsud Yusifzadə (gənclər arasında Avropa və dünya mükafatçısı) kimi idmançılar yetişib.

Gununsesi.info