
ABŞ Şimali Makedoniyanın NATO-ya üzv olması ilə bağlı Şimali Atlantika Müqaviləsinə dair protokolu ratifikasiya edib.
Gununsesi.org xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo özünün “Twitter” səhifəsində yazıb.
“Şimali Makedoniyanın NATO-ya daxil olması ilə bağlı protokolun Birləşmiş Ştatlar tərəfindən təsdiqlənməsini məmnuniyyətlə elan edirəm. Şimali Makedoniya NATO-nun 30-cu üzvü olmağa bir addım daha yaxınlaşdı!”.