Bu ölkə ABŞ-dan ilk dəfə qaz alacaq

  • By ilhame
  • 18 Yanvar 2024 20:33

Moldova gələn həftə ilk dəfə olaraq ABŞ-dən maye qaz alacaq.

 

Gununsesi.info “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Viktor Parlikov yerli televiziyaya açıqlama verib.

 

Onun sözlərinə görə, Amerika LNG-si olan gəmi artıq Yunanıstanın Aleksandrupolis limanına gəlib və Moldova qazın boşaldılmasından sonra ilk alıcılardan birinə çevriləcək.

 

Nazir qeyd edib ki, ABŞ qazının qiyməti 1 min kubmetr üçün təxminən 30 avro təşkil edəcək.

Gununsesi.info