
Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində Albaniyanın qurum qarşısındakı öhdəliklərə nə dərəcədə əməl etməsinə dair müzakirələr açılacaq.
Gununsesi.info-nun Strasburqa ezam olunan əməkdaşının xəbərinə görə, həmməruzəçilər tərəfindən hazırlanan hesabatda Albaniyanın tam monitorinqinə son qoymaq təklifi də müzakirə olunacaq.
Qeyd edək ki, hesabatda Albaniyada insan hüquqlarının durumu ümumilikdə müsbət qiymətləndirilib.
“Siyasi partiyalar yüksək qütbləşmiş və çox vaxt aparıcı şəxsiyyətlər ətrafında təşkil olunsa da, Albaniyada rəqabətli seçkilər qeydə alınıb. Dini azadlıq və sərbəst toplaşmaq azadlığına ümumiyyətlə hörmət edilir. Hökumət məhkəmə sistemindəki korrupsiyanı aradan qaldırmağa çalışsa da, korrupsiya və rüşvətxorluq əsas problemlər olaraq qalır” deyə sənəddə yazılır.
Pərviz
Gununsesi.info