Türkiyənin 44 qırıcı və helikopteri Yunanıstan hava məkanını 141 dəfə pozub.
Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın “Naftemporiki” nəşri məlumat yayıb.
Sərhəd pozuntularının ən çox Egey dənizinin şimal-şərq, mərkəzi və cənub-şərq tərəflərində qeydə alındığı bildirilib.
Bundan əlavə, 2 türk gəmisinin də icazəsiz olaraq yunan sularına girdiyi iddia edilib.
Gununsesi.info