Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 62 min 624 ədəd arı idxal olunub.
Gununsesi.info xəbər verir ki, idxalın ümumi dəyəri 212,46 min ABŞ dolları təşkil edib. Arılar əsasən İsrail və Türkiyədən gətirilib.
Türkiyədən isə 62 min 312 ədəd arı gətirilib. Bu idxalın dəyəri 204,6 min ABŞ dolları olub. 1 ədəd arının qiyməti burada təxminən 3,28 dollar və ya 5,6 manat təşkil edib.












