Bu ölkə Bakını seçdi, Rusiya ona görə qisas alır

  • By admin
  • 03 İyul 2022 22:39

Özbəkistan məsələsinin açarı 16 may 2022-ci ildə, cəmi 1,5 ay öncə Putinin rəsmi şəkildə Özbəkistanı KTMT-yə dəvət etməsində, əvəzində isə Özbəkistanın Türkiyə və Azərbaycanla yaxınlaşmağı seçməsindədir. Putinin məhz o çağırışından sonra keçən ay Özbəkistan Türkiyə ilə hərbi əməkdaşlıq sazişi imzaladı, bir neçə gün öncə isə Əliyev ora səfər etdi. Bunları Putin həzm edə bilməzdi.

Gununsesi.info xəbər verir ki, bu sözləri ReAL İH üzvü Natiq Cəfərli Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında 1-2 iyulda baş verən aksiyalar haqda qeyd edib.

HTML tutorial

“Qaraqalpaq bölgəsi Özbəkistan ərazisinin 40%-ni (!) əhatə edir, cəmi 1,8 mln. əhalisi var, ölkənin yerdə qalan 60% ərazisində isə 35 mln.-a yaxın insan yaşayır. Yeni Konstitutsiya dəyişikliyində Qaraqalpaq Respublikasının referendum yolu ilə müstəqil olması və başqa dövlətə birləşməsi (bu çox vacibdir) maddəsinin çıxarılması istənildi, həmən bölgə qaynadı, mitinqlər başladı – çünki köhnə maddələr Rusiyaya Özbəkistana daim təzyiq etməyə imkan verir, ona görə də yeni redaksiyada, yeni Konstitutsiyaya qarşıdır. Amma məntiqlə, bu haqq Qaraqalpaqdan alınmalıdlr, bu Özbəkistan üçün vacibdir”, – ekspert vurğulayıb.

Gununsesi.info