Bu ölkə də plastik paketlərə “yox” dedi

  • By admin
  • 02 Yanvar 2020 20:36

Taylandda plastik paket istifadəsinə qadağa qoyulub.

Gununsesi.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qadağa barədə ölkənin Ekologiya və Təbii Qaynaqlar naziri Varavut Silva-Arça məlumat verib. Onun sözlərinə görə, bu qadağa ilkin olaraq, ölkənin böyük alış-veriş mərkəzləri və mağazalarında tətbiq edilib. 2021-ci ildə isə qadağa bütün ölkə boyu tətbiq ediləcək.

Nazirin sözlərinə görə, Tayland ötən il dənizə ən çox plastik paket atan ölkələr arasında 6-cı olub.

Qeyd edək ki, daha əvvəl Özbəkistan, Cənubi Koreya və s. ölkələrdə supermarketlərdə plastik paket istifadəsinə qadağa qoyulub.