Bu ölkə də Şengen zonasına qoşulacaq

  • By admin
  • 28 Oktyabr 2022 09:07

Avropa Parlamentinin Vətəndaş Azadlıqları, Ədliyyə və Daxili İşlər Komitəsi Xorvatiyanın Şengen zonasına daxil olmasını dəstəkləyib.

Gununsesi.info xəbər verir ki, keçirilən müzakirədə Xorvatiyanın 2023-cü ilin əvvəlində Şengen zonasına qoşula biləcəyi təsdiqlənib.

Avropa Parlamentinin nümayəndələri bu sessiyada Xorvatiyanın Avropa İttifaqı daxilində sərhədsiz zonanın bir hissəsi olmaq üçün bütün meyarlara cavab verdiyini bildiriblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Avropa Parlamenti Avropa İttifaqı ölkələri olan amma uzun müddətdir Şengen məkanına daxil ola bilməyən Rumıniya və Bolqarıstanı da ilin əvvəlinə kimi bu məkana daxil olmaqları barədə qətnaməni səsə çıxarıb. Qətnamə 547 səslə qəbul olunub.

Gununsesi.info