İngiltərə hökuməti həbsxanalar üzərində pilotsuz təyyarələrin uçuşlarını qadağan edən yeni 400 metrlik zonalar yaratdığını elan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.
Məlumata görə, Britaniya hakimiyyəti bu yolla narkotik və mobil telefon qaçaqmalçılığı ilə mübarizə aparmaq istəyir.
Tətbiq olunan qaydaları pozanları 10 ilədək həbs cəzası gözləyir.
Hökumət bu tədbirlərin “cinayətkar dəstələrə ciddi zərbə” vuracağına ümid edir.
Əvvəllər polis yalnız qaçaqmalçılıq sübutları olduqda tədbir görə bilərdi.
Qaydaları pozan dron operatorları 2500 funt-sterlinqə (3175 dollar) qədər cərimələnəcək, onları qaçaqmalçılıq yolu ilə apararkən tutulanlar isə həbs cəzası ala bilərlər.
Britaniya səlahiyyətlilərinə görə, 2019-2021-ci illər arasında İngiltərə və Uelsdəki həbsxana ərazilərində tutulan və ya aşkarlanan dronların sayı iki dəfədən çox artaraq 500-ə çatıb.
İngiltərənin şimal-qərbindəki həbsxanada qeyri-qanuni pilotsuz təyyarə əməliyyatında dəstə 1,7 milyon funt sterlinqdən (2,2 milyon dollar) çox narkotik, mobil telefon və SİM kartları qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edərək 20 uçuş həyata keçirib.
Gununsesi.info