Bu ölkə İrana qarşı sanksiyaları bərpa etdi

İranın nüvə öhdəliklərinə əməl etməməsi səbəbindən ölkə İrana qarşı BMT sanksiyalarını yenidən tətbiq edir.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Uinston Peters bildirib.

Bildirilib ki, bu addım 2015-ci ildə imzalanmış və oktyabrın 18-də qüvvəyə minəcək Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə İranın riayət etməməsinin nəticəsidir.

Peters bildirib ki, sanksiyalar aktivlərin dondurulmasını, səyahət qadağalarını, bəzi nüvə və hərbi texnologiyaların idxal-ixracına qadağaları və Yeni Zelandiyalıların İranla əlaqələrində ehtiyat tədbirlərini əhatə edir.

O, əlavə edib ki, Yeni Zelandiya İranla iş görmək niyyətində olan vətəndaşlar üçün 1 fevral 2026-cı il tarixindən qüvvəyə minəcək məcburi qeydiyyat sxemini tətbiq edəcək.

Firuzə

Gununsesi.info