Bu ölkə İranla hava əlaqəsini dayandırdı - BİLETLƏRİN PULU GERİ QAYTARILIB

  • By admin
  • 20 Dekabr 2017 21:20

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əbu-Dabi ilə Tehran arasında hava əlaqəsini dayandırır.

Gununsesi.info xəbər verir ki, “Etihad Airways” aviaşirkəti 2018-ci ilin yanvarın 23-dən sonrakı tarixə alınan biletlərin pulunu sərnişinlərə qaytarıb.

Bundan başqa, dekabrın 25-dən yanvarın 23-dək olan müddətdə Əbu-Dabi ilə Tehran arasında uçuşlar həftədə beş dəfədən 2 dəfədəyək azaldılacaq.

Qeyd edək ki, bir müddət əvvəl BƏƏ İranı regionda qeyri-sabitlik yaratmaqda və kiberhücumlar həyata keçirməkdə ittiham etmişdi.

Gununsesi.info