Bəhreyn parlamenti ölkənin iqtisadi əlaqələrini kəsdiyi İsrailin Manamadakı səfirinin ölkəni tərk etdiyini, Bəhreynin Təl-Əvivdəki səfirinin isə ölkəyə qayıtdığını açıqlayıb.
Gununsesi.info bildirir ki, Bəhreyn parlamentindən verilən yazılı açıqlamada, İsrailin Manamadakı səfiri Eitan Naehin ölkəni tərk etdiyi, Təl-Əvivdəki səfiri Xalid Yusuf əl-Cələhmənin isə Bəhreynə döndüyü bildirilib.
Bəyanatda deyilir ki, bu qərar “ölkənin Fələstin məsələsinə və Fələstin xalqının qanuni hüquqlarına dəstək verən sarsılmaz tarixi mövqeyinin bir daha təsdiqidir”.
Sənəddə qeyd olunur ki, “İsrailin Qəzza zolağına davamlı hücumları və gərginliyin artması beynəlxalq humanitar hüququn pozulmasıdır”.
İsraillə iqtisadi əlaqələrin dayandırıldığı qeyd edilən bəyanatda Fələstin xalqının beynəlxalq qətnamələrə uyğun olaraq paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurmaq hüququ olduğu vurğulanır.
2020-ci ildə BƏƏ, Bəhreyn, Mərakeş, daha sonra isə Sudan İsraillə diplomatik münasibətlərin qurulması və normallaşdırılması üçün müqavilələr imzalayıb.
Gununsesi.info