Macarıstan Moskva ilə Kiyev arasında danışıqlara, əgər onlar istəsələr, ev sahibliyi etməyə hazırdır.
Gununsesi.info APA-ya istinadən bildirir ki, bunu Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto “RİA Novosti” xəbər agentliyinə müsahibəsində deyib.
Nazir həmçinin Rusiyaya qarşı sanksiyalara da toxunub:
“Avropa İttifaqının 12-ci anti-Rusiya sanksiyaları paketi neft-qaz və nüvə sektorlarını əhatə etsə, Macarıstan yeni sanksiyaların tətbiqinə razılıq verməyəcək.
Gununsesi.info