Bu ölkə pandemiyaya qalib gəlir

Son 24 saat ərzində Cənubi Koreyada koronavirus infeksiyasından ölüm halı qeydə alınmayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “TASS” ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələrinin 17-si müsbət çıxıb.

Koronavirusa yoluxanların altısı xaricdən gələn ölkə vətəndaşlarıdır.

Bununla da ölkədə 12 438 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 881 nəfər müalicə olunaraq sağalıb.

Müalicə alan 280 xəstəni xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, artıq bir neçə gündür ölkədə koronavirus ifeksiyasına yoluxanların sayında kəskin azalma müşahidə olunur.

Gununsesi.org