İndoneziya hökuməti paytaxt Cakartadakı mənfi faktorlar və başqa bölgələrin inkişafını təmin etmək məqsədiylə paytaxtın dəyişdirilməsi ilə bağlı layihə üzərində çalışır.
“Qafqazinfo”nun “Haberturk”ə istinadən verdiyi məlumata görə, İndoneziya Milli İnkişaf və Planlaşdırma Nazirliyinin açıqlamasında qeyd olunur ki, Cakartada zəlzələ riskinin yüksək olması, tez-tez baş verən daşqınlar, yollarda tıxacın azalmaması paytaxtın köçürülmə prosesini labüd edib.
Qeyd olunur ki, paytaxta namizəd ola biləcək şəhərlərin siyahısı ilin sonuna kimi hazırlanacaq.
Ölkənin ən böyük adası olan Kalimantanın mərkəzində yerləşən Palankaraya şəhərinin yeni paytaxt seçilmə ehtimalı yüksəkdir. Belə ki, bu şəhər həm Cakartadan böyükdür, həm də zəngin təbiətə malikdir.
Gununsesi.info