Finlandiya Rusiya ilə sərhədi bağlayıb.
Gununsesi.info xəbər verir ki, Finlandiya hökuməti rusiyalı turistlərin Finlandiyaya girişinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması haqqında fərman verib.
Giriş məhdudiyyətləri 30 sentyabr 2022-ci il saat 00:00-da qüvvəyə minir və növbəti bildirişə qədər qüvvədə qalacaq.
Tənzimləmə həm Finlandiyaya gələn turistlərə, həm də Finlandiya vasitəsilə digər ölkələrə tranzit keçməyə şamil edilir.
Gununsesi.info