Moldovanın informasiya və təhlükəsizlik xidməti (İTX) Rusiya mediasına aid 22 internet saytını bloklamağı planlaşdırır.
Moldovanın NewsMaker xəbər agentliyinin məlumatına görə, bunların arasında RT, “Zvezda” və “Tsarqrad” saytları da var.
Moldova hökuməti bildirir ki, bu internet resursları “hərbi münaqişədə olan və təcavüzkar dövlət kimi tanınan dövlət hakimiyyəti orqanlarından qaynaqlanan informasiyaları” yayır.
Bu da xəbər verilir ki, İTX RT, “Zvezda” və “Tsarqrad” saytlarından başqa NTV, VQTRK, Ren TV, “Mir” RTR Planeta, “Vesti” və Spas TV telekanallarının saytlarını da bloklayacaq.
Rusiya tərəfi hələ ki, bu məlumatla bağlı heç bir açıqlama verməyib.
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Kişinyovda Kremlə bağlı Sputnik-Moldova saytının başçısı Vitali Denisov saxlanıb.
Onun daha sonra deportasiya edildiyi və Moldovaya girişinin 10 il müddətinə qadağan olunduğu bildirilmişdi.
Bunun ardınca The Insider saytı aşkar etmişdi ki, Denisov 72 nömrəli xüsusi xidmət mərkəzinin və ya 54777 saylı hərbi hissənin zabitidir.
Bu hərbi hissə Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) tapşırığı ilə xarici auditoriyalar üçün dezinformasiyalar yayır.
Gununsesi.info