Bu ölkə savaş yerinə döndü: Çoxlu sayda ölən və yaralananlar var

  • By admin
  • 08 Fevral 2024 12:19

İllərdir xaos və zorakılığın davam etdiyi Haitidə böhran böyüyür.

Gununsesi.info xəbər verir ki, Haitidə baş nazir Ariel Henrinin istefası tələbi ilə keçirilən aksiyalarda 6 nəfər ölüb, onlarla insan yaralanıb.

Ölkə mətbuatında yer alan xəbərə görə, bir çox şəhərdə baş nazir Henrinin istefasını tələb edən minlərlə insan polislə toqquşub.

Hadisələr zamanı 6 nəfər güllələnərək öldürülüb, onlarla insan yaralanıb.

Çox sayda adamın saxlanıldığı hadisələrdə təhlükəsizlik qüvvələrinin nəzarəti itirdiyi və dəstələrin içəri girdiyi iddia edilir.

Mağazalar, evlər və nəqliyyat vasitələri yandırıldığı üçün insanların evlərinə qapandığı bildirilir.

Ölkə daxilində meydanlara çıxan minlərlə insan baş nazir Henrinin “təhlükəsizliyi təmin edə bilmədiyi və iqtisadi böhrana çarə tapa bilmədiyi” səbəbiylə istefasını tələb edib.

BMT-nin Haiti İnteqrasiya Ofisinin fevralın 2-də hazırladığı hesabatda 2023-cü ilin son 3 ayında Haitidə 2300-dən çox adamın öldürüldüyü, yaralandığı və ya qaçırıldığı və bu rəqəmin əvvəlki rüblə müqayisədə 10 faiz artdığı bildirilib.

Gununsesi.info