Avstriya müxalif qüvvələrin ölkədəki qələbəsindən sonra Suriyadan olan qaçqınlara sığınacaq verilməsini dayandıracaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Kronen Zeitung yazır.
“Suriyalılar üçün bütün mövcud sığınacaq prosedurları dayandırılacaq və vəziyyətə yenidən baxılacaq”, – deyə nəşr hökumət dairələrinə istinadən yazır.
Məlumata əsasən Suriyadan olan qaçqınların qəbulu prosedurları dayandırılacaq.
Nəşr qeyd edir ki, təkcə 2024-cü ildə 12 500 suriyalı Avstriyadan sığınacaq istəyib.
Qeyd edək ki, Almaniya Səhiyyə Nazirliyinin rəhbəri Jens Spahn bildirmişdi ki, Almaniya ölkədə hakimiyyət dəyişikliyindən sonra vətənlərinə qayıtmaq istəyən suriyalı qaçqınlara kömək edəcək.
Şəbnəm