Bu ölkə “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxardı

  • By admin
  • 29 Dekabr 2023 10:28

Qazaxıstan hakimiyyəti “Taliban” hərəkatını ölkədə fəaliyyəti qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Kazinform” agentliyinə müsahibəsində Qazaxıstanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

“Qazaxıstan mütəmadi olaraq Qazaxıstan Respublikasında qadağan olunmuş terror təşkilatlarının milli siyahısını yeniləmək üçün nəzərdən keçirir. Bu prosesin bir hissəsi olaraq BMT təcrübəsinə uyğun olaraq “Taliban” hərəkatının siyahıdan çıxarılması barədə qərar qəbul edilib. Belə ki, BMT Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnamələri, “Taliban” hərəkatı BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan təşkilatlar siyahısına daxil edilməyib”, – Smadiyarov izah edib.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qazaxıstanla Taliban arasında diplomatik əlaqələrin necə inkişaf edəcəyini də cavablandırıb. “Siyasi təmaslara gəldikdə, vurğulamaq istərdim ki, Qazaxıstan bundan sonra da Təhlükəsizlik Şurası və BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş qərar və qətnamələrə ciddi şəkildə əməl edəcək”, – o qeyd edib.

Avqustun 3-dən 5-dək Astanada Əfqanıstanla birgə biznes forumu keçirilib. Əfqan tərəfi adından iqtisadiyyatın müxtəlif sahələrindən, o cümlədən banklardan 150-dən çox sahibkar iştirak edib. Tədbirin yekunu olaraq Qazaxıstan və Əfqanıstanın işgüzar dairələrinin nümayəndələri arasında 190,8 milyon ABŞ dolları dəyərində müqavilələr imzalanıb.

Gununsesi.info