![](https://www.gununsesi.info/wp-content/uploads/2017/02/turist-250x200.jpg)
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeni il gecəsi İstanbulda “Reina” gecə klubunda törədilən terror aktından sonra vətəndaşlarına Türkiyəyə səyahət etməmələri ilə bağlı xəbərdarlıq etmişdi.
Gununsesi.info “Hurriyet”ə istinadən xəbər verir ki, BƏƏ-nin Xarici işlər Nazirliyi bu gün yaydığı açıqlamada bu xəbərdarlığın ləğv olunduğunu bildirib.
Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə “Reina” gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb.
Teraktı törədən Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov bu gün həbs olunub.
Gununsesi.info