Bu ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı

  • By admin
  • 14 Fevral 2024 12:13

“Rusiyanın Litva və digər xarici ölkələrin siyasətçilərini axtarışa vermək qərarı Litvanın daxili işlərinə qarışmağa cəhd etmək üçün istifadə olunan təzyiq vasitəsidir”.

Gununsesi.info “Delfi” xəbər agentliklərinin Baltik şəbəkəsinə istinadən bildirir ki, bu barədə Litvanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Bununla əlaqədar olaraq Litva Dövlət Təhlükəsizlik Xidməti vətəndaşları Rusiya və ya ona yaxın ölkələrə səfərdən çəkinməyə çağırıb.

Məlumatda deyilir ki, Rusiya İstintaq Komitəsi “tarixi faktların saxtalaşdırılması ilə mübarizəyə cavabdeh olan xüsusi şöbə yaradıb”.

Litvanın Dövlət Təhlükəsizlik Xidməti əlavə edib ki, bu vətəndaşların axtarışda olanlar siyahısına salınması Rusiya hakimiyyəti tərəfindən Litvanın daxili işlərinə müdaxilə etmək və Rusiya siyasəti üçün əlverişsiz prosesləri dayandırmaq üçün istifadə olunan təzyiq vasitəsidir.

Xatırladaq ki, bir gün əvvəl Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında Litvanın mədəniyyət naziri Simonas Kayrisin axtarışa verildiyi barədə məlumat yayılıb.

Nazirliyin məlumat bazasında axtarışın hansı maddə ilə aparıldığı dəqiq göstərilmir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kairisə qarşı sovet əsgərlərinin abidələrinin dağıdılması və zədələnməsinə görə iş açılıb.

Cavabında nazir deyib ki, Rusiya “azadlığı boğmağa çalışır və faktlara və məntiqə zidd olan öz versiyasını yaratmağa davam edir”.

Gununsesi.info