Nigeriyada yüzlərlə şagird motosikletli hücumçular tərəfindən qaçırılıb.
Gununsesi.info xəbər verir ki, ölkənin şimal-qərbindəki Kaduna əyalətinin Kuriga şəhərində yaşı 8-15 arasında olan 280-dən çox şagird müəllimləri ilə birlikdə qaçırılıb.
Kaduna qubernatoru Uba Sani qaçırılma faktını təsdiqləyərkən onlardan 187-nin yuxarı, 125-nin ibtidai sinif şagirdi olduğunu və onlardan 25-nin geri qayıtdığını bildirib. Qubernator bütün uşaqların xilas olacağına söz verib.
Qaçmağı bacaran müəllim yerli əhalinin şagirdləri xilas etməyə çalışdığını, lakin hücum edənlərin yerli əhalini zərərsizləşdirdiyini bildirib.
Hadisə şahidləri bildiriblər ki, bir şagird qız silahlı şəxs tərəfindən güllələnib və xəstəxanaya aparılıb. Qaçırılanlar arasında qəsəbədəki hər ailənin bir uşağı olduğu düşünülərkən, uşaqların tapılması üçün hərbi əməliyyat başladılıb.
Yanvar ayında hücumçular bölgədə məktəb direktorunu öldürüb, həyat yoldaşını qaçırıblar.
Bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Nigeriya ofisi, zorakılıqdan qaçaraq bir düşərgəyə sığınan ən azı 200 nəfərin Borno əyalətinin Qamboru Nqala qəsəbəsində Kamerun sərhədi yaxınlığında odun yığarkən pusquya düşdüyünü və qaçırıldığını açıqlayıb.
Gununsesi.info