Afrika qitəsinin şərqində yerləşən Ruanda Respublikasının prezidenti Pol Kaqame ölkədə 700-dən çox məscid və 6 minə yaxın kilsəni bağlamaq qərarını verib.
Gununsesi.info “Dünya Bülteni”nı istinadən xəbər verir ki, P.Kaqame “saylarının həddən artıq çox olduğunu” və “ibadətdən kənar işlər üçün istifadə edildiyini” iddia edərək 6100 ibadət evinin bağlanmasına qərar verib.
Məlumata görə, bağlanan məscidlərin əksəriyyəti paytaxt Kiqalidədir.
Qeyd edək ki, 12 milyon nəfər əhalisi olan Ruandanın 49,5 faizi katolik, 43,4 faizi protestant və 1,8 faizi isə müsəlmandır.
Gununsesi.info