Cənubi Sudanın 9 milyona yaxın sakini dünya bazarında ərzaqların qiymətinin xeyli qalxması və silahlı qruplaşmaların hərəkətləri səbəbindən ərzaq yardımına kəskin ehtiyac duyur.
Gununsesi.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənubi Sudandakı missiyasının (UNMISS) rəhbəri Nikolas Heysom bildirib.
“Cənubi Sudan əhalisinin üçdə ikisi və ya 9 milyona yaxın insan – bunlardan 4,6 milyonu uşaqdır – sağ qalmaq üçün köməyə ehtiyac duyur. Ərzaq qıtlığı ölkənin müxtəlif bölgələrində hiss olunacaq”, – deyə Heysom Afrika ölkəsinin paytaxtı Cubada keçirdiyi mətbuat konfransında deyib.
Gununsesi.info