Qərbi Avropa ölkəsi Lüksemburq ictimai nəqliyyatın pulsuz olduğu ilk ölkədir və bu təcrübədən üç il keçir.
Gununsesi.info xəbər verir ki, tətbiqdən həm vətəndaşlar, həm də turistlər razı qalıb. Hökumətin pulsuz ictimai nəqliyyat tətbiqinin fonunda insanları avtomobil vərdişindən çəkindirmək olsa da, ölkədə avtomobil mədəniyyəti hələ də geniş yayılıb.
Lüksemburqda vətəndaşlar ictimai nəqliyyata pul ödəmirlər. Qərbi Avropa ölkəsi dünyada ictimai nəqliyyatın tamamilə pulsuz olduğu ilk ölkədir.
1 mart 2020-ci ildə istifadəyə verilən tətbiq problemsiz davam edir.
Sərnişinlər bilet almadan və şəxsiyyət vəsiqəsi göstərmədən ölkə daxilində qatar, tramvay və avtobuslardan pulsuz istifadə edə bilərlər.
640 min əhalisi olan ölkədə təkcə vətəndaşlar deyil, həm də hər il ölkəyə gələn milyonlarla turist üçün ictimai nəqliyyat pulsuzdur.
Belçika, Almaniya və Fransa kimi qonşu ölkələrdən işləmək üçün hər gün Lüksemburqa gedənlər də tətbiqdən yararlanır.
Lüksemburq Avropa İttifaqında adambaşına avtomobillərin sayının ən çox olduğu ölkələrdən biridir. Hər 1000 nəfərə 670 avtomobil düşür.
Lüksemburq hökumətinin pulsuz ictimai nəqliyyat tətbiqinin səbəbi əhalini avtomobil vərdişindən çəkindirməkdir.
Ölkədə sürücülərin nəqliyyat vasitələrini park etmələri və ictimai nəqliyyatdan istifadə etmələri üçün əlavə dayanacaqlar da salınıb.
Bəzi ekspertlər ölkədə avtomobil mədəniyyətinin hələ də geniş yayıldığını bildirirlər.
Səid Əhmədli
Gununsesi.info