Nigeriya ordusunun ölkənin şimal-şərqində keçirdiyi əməliyyatlar zamanı son bir həftə ərzində 52 terrorçu məhv edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin media ilə əlaqələr üzrə direktoru Edvard Buba bildirib.
Bubanın sözlərinə görə, Nigeriya Ordusu ölkənin şimal-şərq əyalətlərində Boko Haram terrorçularına qarşı əməliyyatlar keçirib.
“Əməliyyatlar zamanı aralarında təşkilat liderlərinin də olduğu 204 terrorçu ələ keçirilib, xeyli miqdarda sursat ələ keçirilib. Daha onlarla silahlı yaralandıqdan sonra qaçıb”, Buba bildirib.
Boko Haram 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərir.
2009-cu ildən bəri 20 mindən çox insan ekstremist təşkilatın qurbanı olub.
2015-ci ildən Boko Haram həm də qonşu ölkələrə – Kamerun, Çad və Nigerə hücum edib. Çad gölü bölgəsində ən azı iki min insan terrorçuların qurbanı olub.
Nigeriyada baş verən terror aktları və qarşıdurmalar səbəbindən yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Gununsesi.info