Çadda otlaq probleminə görə çobanlarla fermerlər arasında baş verən qarşıdurmada 42 nəfər həyatını itirib.
Gununsesi.info xəbər verir ki, Çad hökuməti ölkənin şərqindəki Tileguey bölgəsində çobanlarla fermerlər arasında yaşanan gərginliyin münaqişəyə çevrildiyi bildirib. Açıqlamada 42 nəfərin otlaq problemindən yaranan münaqişələr nəticəsində öldüyü qeyd edilib.
Açıqlamada bazar günü başlayan qarşıdurmaların çərşənbə gününə qədər fasilələrlə davam etdiyi, təhlükəsizlik qüvvələrinin qarşıdurmaya müdaxilə etdiyi və 175 nəfərin nəzarətə alındığı bildirilib.
Bəzi Afrika ölkələrində quraqlıq və daxili miqrasiya səbəbindən otlaq problemlərinə görə çobanlarla fermerlər arasında münaqişələr yarana bilər.
Gununsesi.info