Bu ölkədə insan alverinə qarşı mübarizə kəskinləşir

  • By ilhame
  • 09 Mart 2024 22:27

İspaniya hökuməti tezliklə ölkədə fahişəliyi kriminallaşdıran qanun layihəsi təqdim edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Pedro Sançes bildirib.

Sançes xatırladıb ki, bir gün əvvəl, martın 8-də İspaniya hökuməti insan alverinə görə cəzaları sərtləşdirən islahatı təsdiqləyib.

O, parlamenti sözügedən təşəbbüsü dəstəkləməyə çağırıb.

Qeyd edək ki, İspaniyada 1995-ci ildə fahişəlik dekriminallaşdırılıb. “Medicos del Mundo” təşkilatının məlumatına görə, İspaniyada təxminən 300 min qadın fahişəliklə məşğuldur, onların da 80%-i əcnəbilərdir. BMT İspaniyada fahişəlikdə dövriyyənin 3,7 milyard avro olduğunu bildirib.

2021-ci ildə Pedro Sançes fahişəliyi tamamilə qadağan edəcəyini və cinsi xidmətlər göstərilməsinin cinayət hesab edildiyini, daha sərt cəzalar tətbiq edəcəyini vəd edib.

Gununsesi.info