Bu ölkədə fövqəladə vəziyyət rejimi ləğv edildi

  • By admin
  • 13 May 2020 10:21

Yeni Zelandiya hökuməti yeni növ koronavirusun yayılması ilə əlaqədar martın 25-dən ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimini dayandırıb və ümummilli keçid dövrünün başlandığını elan edib.

Gununsesi.org “TASS”a istinadən xəbər verir ki, bunu ölkənin Mülki Müdafiə naziri Peeni Henare bildirib.

Keçid dövrü mayın 13-də saat 12:00-dan (Bakı vaxtı ilə saat 04:00) qüvvəyə minib və növbəti 90 gün ərzində (əgər daha əvvəl dayandırılmayacaqsa və ya daha uzun müddətə uzadılmayacaqsa) tətbiq ediləcək.

Yeni Zelandiyada ümumilikdə 1 497 nəfərdə koronavirus aşkarlanıb. Ölkə xəstəxanalarında 2 nəfər, daha 72 xəstə isə ambulator müalicə alır. 1 402 nəfər müalicə olunub, 21 pasiyent vəfat edib. Son 48 saat ərzində ölkədə yeni yoluxma halları aşkar edilməyib.

 

Gununsesi.org