
Bir neçə gündür davam edən üsyana görə Yeni Kaledoniya (Sakit okeanda Fransanın dənizaşırı
ərazisində fövqəladə vəziyyət tətbiq olunacaq.
Gununsesi.info bu barədə Yelisey sarayının Mətbuat Xidməti məlumat yayıb.
“Fransa prezidentinin sədrliyi ilə Yeni Kaledoniyadakı vəziyyətlə bağlı Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclası keçirilib”, – deyə məlumatda bildirilir.
Prezident Nazirlər Şurasının saat 16:30-a (Bakı vaxtı ilə 18:30 – red.) planlaşdırılan iclasının gündəliyinə Yeni Kaledoniyada fövqəladə vəziyyətin tətbiqi haqqında fərmanın daxil edilməsini xahiş edib.