Bu ölkədə gündəlik iş rejimi 13 saata qaldırıldı

  • By admin
  • 23 Sentyabr 2023 12:59
yunanıstan aksiya

Yunanıstanda iş vaxtının gündə 13 saata qədər artırılmasını nəzərdə tutan qanun layihəsi parlamentdə qəbul edilib. Qanun layihəsinə qarşı ölkə daxilində etirazlar və tətillər keçirilib.

Gununsesi.info xəbər verir ki, Yunanıstanda ictimai nəqliyyatdan ictimai qurumlara qədər bir çox sahədə ümumi tətil keçirilib. Ölkənin hər yerində etiraz aksiyaları, mitinqlər keçirilib.

“TRT Haber”də yer alan məlumata görə, minlərlə işçi gecə saatlarına qədər meydanlarda aksiya keçirib.

Həmin etirazlara səbəb gündəlik iş vaxtının 13 saata qədər artırılmasını nəzərdə tutan qanun layihəsi olub.

Mübahisəli qanun layihəsini parlamentə Yunanıstanın inkişaf və investisiya naziri Adonis Georgiadis təqdim edib. Parlament ölkə daxilində hadisələrə səbəb olan qanun layihəsini təsdiqləyib.

Tənzimləmə gündəlik iş vaxtının 13 saata, həftəlik iş vaxtının isə 78 saata çatdırılmasına yol açır.

İstirahət günləri olan bazar günləri də əsasnaməyə daxildir.

Səid Əhmədli
Gununsesi.info