Bu ölkədə hökumət əleyhinə etiraz: Minlərlə insan küçələrə çıxdı

  • By admin
  • 07 Mart 2024 14:24

Kolumbiyanın bir çox şəhərində minlərlə insan hökumət əleyhinə nümayişlər keçirib.

Gununsesi.info xəbər verir ki, nümayişçilər prezident Qustavo Petronun dəstəklədiyi siyasi, iqtisadi və sosial islahatlara etiraz etmək üçün küçələrə axışıblar.

Nümayişçilər həmçinin ölkədə təhlükəsizlik mühitinin pisləşməsinə qarşı tədbir görülməsini tələb ediblər.

Paytaxt Boqotada toplaşan nümayişçilər “Petroya yox” və “Petro, get!” şüarları səsləndirərək pankart və bayraqlarla yürüş ediblər.

Medellin və Kali kimi şəhərlərdə də nümayiş keçirən kolumbiyalıların nümayişləri dinc keçib.

Polisdən verilən açıqlamada, ölkə daxilində nümayişlərə təxminən 52 min adamın qatıldığı ifadə edilib.

Hökumətin səhiyyə, pensiya, iş sistemi və təhsil sahələrinə dair islahatlar paketi konqresdə və müxalifətdə sərt reaksiyalara səbəb olub.

Petro isə islahatları ölkənin ən yoxsul təbəqələrinə fayda verəcəyini əsas gətirib.

Dünən Boqotada hökumətin keçirdiyi tədbirdə Petro deyib: “Hər zaman imtiyazlardan gələn və bu imtiyazları itirmək istəməyənlər olacaq”.

Solçu prezident Qustavo Petro 2022-ci ildə vəzifəyə başladı və ictimaiyyətə yoxsulluq və bərabərsizliklə mübarizə aparacağını vəd edib.

 

Gununsesi.info