ABŞ-ın Apellyasiya Məhkəməsi ölkədə ilk dəfə olaraq bir məhbusun azot qazı ilə edam edilməsinə etirazı rədd edib.
Gununsesi.info xəbər verir ki, 1989-cu ildə bir qadını öldürməkdə təqsirli bilinən Kenneth Eugene Smit bu gün təmiz azotla nəfəs almağa məcbur edilərək edam olunacaq.
2022-ci ildə Alabama ştatında onu öldürücü inyeksiya ilə edam etmək cəhdindən sağ çıxan Smit Apellyasiya Məhkəməsinə müraciət edərək “konstitusiyaya zidd” olduğunu iddia edərək edamın dayandırılmasını istəyib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri və insan haqları təşkilatları da “qeyri-insani işgəncə” olaraq xarakterizə edilən azot qazı üsulundan imtina edilməsini tələb ediblər.
Lakin federal məhkəmə edamdan bir gün əvvəl edamı təsdiqləyib. Hakim qərar verdi ki, Smit edam üsulunun qəddar olması ilə bağlı arqumentini sübut edə bilməyib.
Smitin vəkilləri məhkəmə qərarı ilə edamı son anda dayandırmaq niyyətində idilər, lakin bu qərarla mübahisəli edamın qarşısındakı bütün maneələr aradan qaldırılıb.
Smit 2022-ci ildə ölümcül inyeksiya ilə edam cəhdindən sağ qalıb. İllərdir həbsxanada edam olunacağını gözləyən Smit BBC-yə çox qorxduğunu və “Daim panik ataklarım olur və arıqlayıram” deyib. O, edamın dayandırılmasını istəyib.
Alabama ştatı hökuməti sürətli huşunu itirməsinə səbəb olan azot qazı ilə edamın təhlükəsiz olduğunu iddia etsə də, ekspertlər bu üsulun məhbusu öldürmək əvəzinə komaya sala biləcəyini, hətta digər insanların belə sızma nəticədə ölə biləcəyini vurğulayırlar.
ABŞ-da edamların ən yüksək olduğu ştatlardan biri olan Alabama ştatında 2018-ci ildən bəri üç ölümcül inyeksiya cəhdinin uğursuzluğu mübahisələrə səbəb olub.
Azot qazı ilə edamın icrası məhbusu təmiz azotla nəfəs almağa məcbur edərək, onu bədən funksiyalarını qorumaq üçün lazım olan oksigendən məhrum edir və ölümə səbəb olur.
ABŞ-ın heç bir ştatı ölüm hökmünü icra etmək üçün azot qazından istifadə etməyib.
ABŞ-da ən çox yayılmış edam üsulu olan iynələrdə istifadə edilən narkotik maddələrin tapılması getdikcə çətinləşdikcə, bəzi ştatlar məhbusları edam etməyin yeni yollarını axtarır.
Rəngsiz, qoxusuz bir qaz olan azot insanların tənəffüs etdiyi havanın 78%-ni təşkil edir və müvafiq səviyyədə oksigenlə nəfəs aldıqda zərərsizdir.
Plana görə, Kennet Eugene Smit edam kamerasında xərəyə bağlandıqdan sonra onun üzünə NIOSH tərəfindən təsdiq edilmiş Type-C hava respiratoru yerləşdiriləcək.
Daha sonra mühafizəçi ölüm əmrini oxuyacaq və başqa otaqdan “azot qazı sistemini” işə salmazdan əvvəl Smitdən son sözünün olub-olmadığını soruşacaq.
Dövlət protokoluna görə, azot qazı ən azı 15 dəqiqə tətbiq olunacaq.
Alabama Baş Prokurorluğuna görə, azot qazı saniyələr ərzində huşunu itirməyə və dəqiqələr ərzində ölümə səbəb olur.
Gununsesi.info