
İordaniyanın xüsusi xidmət orqanlari İŞİD-in planlaşdırdığı genişmiqyaslı terror hücumunun qarşısını alıb.
Gununsesi.info xəbər verir ki, həyata keçirilən əməliyyat nəticəsində terror qruplaşmasının 17 üzvü həbs edilib. Terror hücumlarının hədəfi polis idarələri, hərbi və ticarət obyektləri olub.
Həbs edilənlərin ictimai-siyasi sabitliyi pozmaq məqsədilə 2017-ci ilin noyabrında da bir neçə terror aktı törətməyi planlaşdırdıqları məlum olub.
Gununsesi.info