Bu ölkədə jurnalisti güllələdilər, qızını isə…

  • By admin
  • 30 İyun 2022 09:19

Çərşənbə günü Meksikanın Tamaulipas ştatının paytaxtı Syudad Viktoriya şəhərində yerli “Expreso” qəzetinin jurnalisti güllələnib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, müxbir Antonio de la Kruz öz evində öldürülüb. Xəstəxanada ağır vəziyyətdə olan qızı da hücum zamanı yaralanıb.

Dövlət prokurorluğu müxbirin öldürüldüyü silahın yalnız orduda istifadə edilən 40 kalibrli tapança olduğunu bildirib.

Tamaulipas Fars körfəzinin sahilində, narkotik kartellərinin gəlirli qaçaqmalçılıq marşrutları uğrunda şiddətlə mübarizə apardığı ştatdır. Cinayət və korrupsiyanı işıqlandıran yerli jurnalistlər xüsusilə həssasdırlar.

De la Kruz ilin əvvəlindən bəri Meksikada media işçiləri arasında qətlin ən azı doqquzuncu qurbanıdır .

2018-ci ildə eyni qəzetin başqa bir jurnalisti Hektor Qonzales öldürülüb.

Gununsesi.info