Bu ölkədə komendant saatı ləğv edildi

  • By admin
  • 08 İyun 2020 22:53

Tunis Prezidenti Qeys Səid COVID-19-la mübarizə çərçivəsində ölkədə tətbiq edilən komendant saatının ləğv edilməsi barədə qərar verib.

Gununsesi.org “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Prezident dəftərxanası məlumat yayıb.

“Prezident Qeys Səid bazar ertəsi, iyunun 8-də respublika ərazisində komendant saatının ləğv edilməsi haqqında qərar qəbul edib”, – məlumatda deyilir. Qərar ölkədə koronavirusa qarşı mübarizə tədbirlərinin “müsbət nəticələri” ilə bağlı parlament və hökumət başçıları ilə məsləhətləşmələrdən sonra qəbul edilib.

Qeyd edək ki, iyunun 4-dən etibarən ölkədə vətəndaşların əyalətlər arasında hərəkət etməsinə icazə verilir.

 

 

Gununsesi.org