Dünyanı təəccübləndirən xəbər: Bu ölkədə koronavirusa görə edam qərarı verildi

  • By admin
  • 03 Mart 2020 13:35

Çinin cənubunda koronavirus epidemiyası ilə mübarizədə vəzifəli olan iki şəxsi öldürən adama edam cəzası verilib.

Gununsesi.org bildirir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, hadisə Yunnan əyalətində baş verib. Belə ki, COVID-19-un yayılmasının qarşısını almağa yönəlmiş işlər zamanı bağlanan bir yoldan maşını ilə izinsiz keçməyə çalışan Ma Çenqo ona mane olmaq istəyən Li Gomin və Canq Quikunu bıçaqlayıb.

Onların hər ikisi hadisə zamanı ölüb.

Bununla bağlı olaraq məhkəmədə Ma Çenqoya ölüm hökmü çıxarılıb.

Gununsesi.org