Bu ölkədə müharibə veteranları üçün mobil danışıq xidməti pulsuz oldu

  • By admin
  • 28 Aprel 2020 13:27

İkinci Dünya Müharibəsində iştirak etmiş 50 min veterana yeni mobil telefonlar hədiyyə olunacaq.

Gununsesi.org TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədri Aleksandr Xinşteyn bildirib.

HTML tutorial

O deyib ki, müharibə veteranları mobil telefon hədiyyəsindən başqa, bu telefonlar vasitəsilə limitsiz danışıq imkanı əldə edəcəklər.

Mobil telefonlar böyük ekran və təcili yardım düymələri ilə təchiz edilib.

Gununsesi.org