Bu ölkədə nikah mərasimləri şahidsiz keçiriləcək

  • By admin
  • 07 Sentyabr 2023 20:41

Latviyada nikah mərasimlərinin şahidlərin iştirakı olmadan keçirilməsi qərara alınıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ölkə parlamenti Mülki Məcəlləyə bəzi dəyişikliklər edib.

Həmin dəyişiklərdə müvafiq olaraq şahidlərin iştirak etməməsinin nikah üçün maneə yaratmayacağını nəzərdə tutan dəyişiklik qəbul edilib.

Qanuna edilən dəyişikliklər 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Gununsesi.info