Bu ölkədə peyvənd olunmayanlar ictimai yerlərə buraxılmayacaq

Avqustun 1-dən etibarən Səudiyyə Ərəbistanında vaksinasiya olunmamış vətəndaşlar və əcnəbilər ictimai yerlərə buraxılmayacaqlar.

Gununsesi.info xəbər verir ki, bu barədə “Alarabia” telekanalı məlumat yayıb.

HTML tutorial

Krallığın Bələdiyyə və Əyalət İşləri Nazirliyindən bildirilib ki, COVID-19 əleyhinə vaksinasiya olunmamış şəxslərin ictimai məkanlara, o cümlədən toy və yas mərasimi zallarına, bərbərxana, gözəllik salonları, ticarət mərkəzləri və restoranlara girişi qadağan ediləcək.

Məlumata görə, bütün məkanların girişində vaksinasiya pasportunu yoxlayan aparatlar qoyulacaq. Eyni zamanda, həmin obyektlərdə vaksinasiya olmadan çalışmağa izin verilməyəcək.

Bundan əlavə, ölkənin Daxili İşlər Nazirliyi bəyan edib ki, avqustun 9-dan etibarən yalnız iki doza vaksin vurulan vətəndaşlar xaricə səyahət edə biləcəklər.