Bu ölkədə prezident seçkiləri təxirə salındı: Küçələr savaş meydanına döndü – VİDEO

  • By admin
  • 05 Fevral 2024 12:25

Qərbi Afrika ölkəsi Seneqalda fevralın 25-də keçiriləcək prezident seçkilərinin qeyri-müəyyən müddətə təxirə salınması ölkədə etirazlara səbəb olub.

Gununsesi.info xəbər verir ki, paytaxt Dakarda etirazçılar küçələrə çıxarkən, hadisələr küçələri savaş meydanına çevirib və nümayişçilərlə polis arasında qarşıdurma yaranıb.

Prezident Maki Salın parlament və Konstitusiya Şurası arasındakı böhranı əsas gətirərək prezident seçkilərini təxirə salması müxalifətdən ağır tənqidlərə məruz qalıb. Bəzi müxalif prezidentliyə namizədlər normal şəraitdə dünən rəsmən başlayacaq seçki kampaniyası cədvəlinə sadiq qalacaqlarını bildirərək Dakarda görüş çağırıblar.

Təhlükəsizlik qüvvələri şəhərin müxtəlif nöqtələrində, xüsusilə də Saint-Lazare qovşağında toplaşan kütləyə gözyaşardıcı qazla müdaxilə edib. Keçmiş baş nazir və müxalifətçi siyasətçi Aminata Ture prezidentliyə namizəd Daouda Ndiaye və Anta Babacar saxlanılıb. Nümayişçilər şəhərin bəzi əsas keçid məntəqələrində təkər yandıraraq nəqliyyatın hərəkətini dayandırıb və polisin müdaxiləsinə daş ataraq cavab veriblər. Bəzi küçələrdə Fransa bayraqlarının yandırıldığı görülüb.

Prezident Sallın dünənki açıqlamasından sonra Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) yaydığı bəyanatda seçkilərin təxirə salınma qərarından sonra yaranacaq atmosferdən narahat olduqları qeyd edilib. Siyasi böhranı həll etmək üçün Seneqal siyasətçiləri “şəffaf, əhatəli və etibarlı seçkilər üçün dialoq və əməkdaşlığa” dəvət edilib.

Avropa İttifaqının (Aİ) yaydığı bəyanatda seçkinin təxirə salınmasının ölkədə qeyri-müəyyənlik yaratdığı vurğulanıb. Seneqalda uzun illər davam edən sabitlik və demokratiya ənənəsini qorumaq üçün qanunun aliliyinə uyğun olaraq ən qısa zamanda seçkilərin keçirilməsi çağırışı edilib.

Gununsesi.info