Bu ölkədə siyasi böhran: Nazirlər ardı-arda istefa verdilər

İraq Ali Məhkəməsi tərəfindən deputat mandatında məhrum edilən parlamentin sədri Məhəmməd Halbusi ilə əlaqəli olan planlaşdırma naziri, sənaye və mədən naziri, mədəniyyət, turizm və tarixi abidələr naziri istefa verib. Bundan başqa, Halbusi başda olmaqla Takaddum Partiyasına bağlı 37 deputat parlamentin iclaslarını boykot etmək qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, İraq Ali Məhkəməsi tərəfindən parlament üzvlüyündən məhrum edilən parlament sədri Məhəmməd Halbusiyə bağlı üç nazir kabinetdən istefa verib.

Halbusinin lideri olduğu Takaddum Partiyasından verilən yazılı açıqlamaya görə, partiya üzvləri İraq baş nazirinin müavini və planlaşdırma naziri Məhəmməd Təmim, sənaye və mədən naziri Halid Bettal, mədəniyyət, turizm və tarixi abidələr naziri Əhməd Bedrandır istefa ərizələrini təqdim ediblər. Sözügedən partiyaya bağlı 37 deputat da parlament iclaslarını boykot etmək qərarına gəlib. Partiyaya mənsub deputatlar da müxtəlif vəzifələrdə çalışdıqları parlament komissiyalarından istefa veriblər.

İraqın ən yüksək məhkəməsi olan Ali Federal Məhkəmə heç bir təfərrüat vermədən Halbusinin parlament üzvlüyündən uzaqlaşdırıb. Mosul, Kərkük, Səlahəddin, Bağdad və Ənbar vilayətlərində yerli seçkilərdə Halbusinin rəhbərlik etdiyi Takaddum Partiyasından onlarla insan mübarizə aparır. Bu partiya namizədlərinin seçki posterlərində Halbusinin fotolarından istifadə olunub.

Gununsesi.info