VİDEO




Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



İyul 2017
BE ÇA Ç CA C Ş B
« İyn    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

XƏBƏR LENTİ

21 İyul 2017

17 İyul 2017 - 20:40

Bu ölkədə sovet dövrünün abidələri söküləcək

polsaa

Bazar ertəsi günü Polşa Prezidenti Ancey Duda bina və obyektlərin adlarında kommunizmin, yaxud digər totalitar rejimin təbliğinin qadağan olunması haqqında qanuna düzəlişləri təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, Polşa Prezidentinin saytında yerləşdirilmiş məlumata görə, yenilənən qanun sovet dövrü abidələrinin, o cümlədən Qırmızı ordunun şərəfinə qoyulmuş memorialların sökülməsini də nəzərdə tutur. Xatırladaq ki, Polşa Seymi düzəlişləri iyunun 22-də qəbul edib.

Bu sıraya qəbiristanlıqlarda və başqa dəfn məkanlarında yerləşən, incəsənət əsəri qismində elmi məqsədlər üçün nümayiş olunan, həmçinin memarlıq abidələri reyestrinə daxil edilən memoriallar aid olunmur. Polşa qanunvericiləri bu sıraya aid olmayan abidə və memorialların düzəlişlər qüvvəyə mindikdən sonrakı 12 ay ərzində sökülməsini təklif edirlər.

Ekspertlər ölkə ərazisində azı 469 bu cür obyekt olduğunu hesablayıblar. Onların 250-yə yaxını Qırmızı orduya həsr edilib. Bu və digər memorialın düzəlişlərdə göstərilən parametrlərə uyğun gəlib-gəlmədiyinə dair qərarı Polşanın Milli Yaddaş İnstitutu çıxaracaq.

Gununsesi.info





loading...
Loading...