
Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində 25 nəfər həlak olub.
Gununsesi.info xəbər verir ki, bu barədə BBC informasiya yayıb.
Məlumata görə, vulkanın əmələ gətirdiyi lava axını El Rodeo kəndində evləri dağıdıb, insanlar lavalardan yanaraq ölüb, onlarla yaralı var. Ölən və yaralananlar arasında xilasetmə xidmətinin əməkdaşları da olub. Vulkan püskürməsi nəticəsində yaranan zəhərli qazlardan qorunmaq üçün insanlara maska ilə gəzmələri tövsiyə olunub.
Təbii Fəlakət Agentliyinin direktoru Sergio Qarsiya Kabanas vulkan püskürməsindən ümumilikdə 1.7 milyon insanın təsir gördüyünü bildirib. 3100 nəfər evlərindən təxliyə edilib.
***
Vulkan püskürməsi nəticəsində yaralı sayının yüzlərlə olduğu bildirilir.
Hadisə şahidlərinin ifadələrinə görə, lavaların cənginə aldığı kəndlərdə yaşayanların əksəriyyəti qaça bilməyib və diri-diri yanaraq can veriblər.
Gununsesi.info