Kamerun in müzakirə etdiyi yeni qanuna əsasən zina etmiş kişilər həbs oluna bilər. Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, qanun layihəsinin prezident Paul Biyanın partiyası tərəfindən dəstəkləndiyi üçün qəbul edilməsi gözlənilir.
Kamerunda qadınları evlilikdən kənar cinsi münasibətə görə 2 aydan 6 aya qədər həbs cəzası gözləyir. Yeni qanuna görə kişilərə də eyni cəza tətbiq edilə bilər.
Vəkillər Assosiasiyasının rəhbəri Nagnie Kamga bildirib ki, qanun “Kamerunu geri atacaq və daha çox insanın həbs olunmasına səbəb olacaq”.