
Rusiya, Belarus və Sloveniya ABŞ və Almaniya ilə genişmiqyaslı məhbus mübadiləsi aparacaq.
Gununsesi.info xəbər verir ki, beş ölkə arasında razılaşma barədə Sloveniya Mətbuat Agentliyi (STA) məlumat yayıb.
Qeyd olunur ki, sövdələşməyə Sloveniyada casusluq ittihamı ilə bir il 7 ay həbs cəzası almış iki Rusiya vətəndaşı daxil olacaq. Qapalı keçirilən prosesdə onlar günahlarını etiraf ediblər.
Media əvvəllər ABŞ və Rusiya arasında gözlənilən mübadilə haqqında məlumat yaymışdı, lakin Sloveniyanın N1 telekanalı bunun baş tutacağını və Belarus və Almaniyanın da iştirak edə biləcəyini birbaşa göstərib.
Bu mesajlar fonunda bir sıra məhkum edilmiş Rusiya vətəndaşlarının adları Amerika həbsxanalarının məlumat bazalarından yoxa çıxıb.
Bununla belə, onlar həbsdə qalmaqda davam edirlər.
Şəbnəm
Gununsesi.info