Bu ölkələr Avropa İttifaqına üzv ola bilər

  • By Ayshan
  • 04 Noyabr 2025 19:36

“2030-cu ilə qədər Albaniya, Moldova, Ukrayna və Monteneqro da daxil olmaqla, yeni ölkələr Avropa İttifaqına (Aİ) qoşula bilərlər”.

Gununsesi.info– xəbər verir ki, bunu Brüsseldə keçirilən mətbuat konfransında Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas deyib.

“Biz 2030-cu ilə qədər Aİ-yə üzvlüyü yeni ölkələr üçün real məqsəd hesab edirik”, – deyə o bəyan edib.

Kallasın sözlərinə görə, Aİ-yə üzvlük həm də Ukrayna üçün mühüm təhlükəsizlik zəmanətinə çevrilməlidir.